20 avqust 2026. Cümə axşamı

“Bu, karyeramın ən yaxşı mövsümü idi”


“Bu, karyeramın ən yaxşı mövsümü idi”

“Bavariya”nın hücumçusu Harri Keyn ötən mövsüm Avropanın ən məhsuldar futbolçusu kimi “Qızıl buts” mükafatına layiq görülməsindən sonra açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, ingiltərəli forvard mükafatın qazanılmasında komanda yoldaşlarının, məşqçilərin və klub əməkdaşlarının böyük rol oynadığını bildirib.

““Bavariya”ya, klubun əməkdaşlarına, məşqçilərə və komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm. Onların dəstəyi olmasaydı, bu gün burada dayanmazdım. Bu mükafatı qazanmaq üçün çox çalışmaq lazımdır. Mən də komandaya bacardığım qədər kömək etməyə çalışıram.

Ötən mövsüm möhtəşəm alındı və bununla qürur duyuram. Bu, indiyə qədər karyeramın ən yaxşı mövsümü idi.

“Bavariya”da özümü çox rahat hiss edirəm. Biz həmişə böyük uğurlar qazanmağa çalışırıq və bu mövsüm də bunu yenidən etmək istəyirik”, - deyə Keyn “Goal”a açıqlamasında bildirib.

Qeyd edək ki, Harri Keyn ötən mövsüm Bundesliqada 36 qol vuraraq Avropanın ən yaxşı bombardiri olub.







Almaniya B.L.