- Almaniya B.L.
- 01:37 20.08.2026
“Bavariya”nın hücumçusu Harri Keyn Almaniya Bundesliqası barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, ingiltərəli forvard ötən mövsüm Bundesliqada 36 qol vuraraq “Qızıl buts” mükafatına sahib çıxıb.
“Bu çempionat çox hücumyönümlüdür. Hesab 2:0 və ya 3:0 olsa belə, oyunun gedişatı hələ dəyişə bilər. Bu, hücumçuların liqasıdır. Bir çox komanda qalib gəlmək və qol vurmaq istəyir. Bu da bizim üçün əlverişlidir, çünki biz də eyni şeyi – qol vurmağı və qalib gəlməyi istəyirik”, - deyə Keyn “Goal”a açıqlamasında bildirib.
Qeyd edək ki, “Bavariya” hazırda 2026/27 mövsümünün ilk matçına hazırlaşır. Vinsent Kompaninin komandası avqustun 22-də Almaniya Superkubokunda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.