- Almaniya B.L.
- 02:07 21.08.2026
“Bavariya” hücumçusu Harri Keynlə müqavilənin uzadılması ilə bağlı danışıqları davam etdirir.
90deqiqe.Az-ın “Abendzeitung”a istinadən məlumatına görə, tərəflər yeni sözləşmənin bir mühüm detalı ilə bağlı hələ razılığa gələ bilməyiblər.
Belə ki, “Bavariya” Keynlə müqaviləni 2029-cu ilədək uzatmağı təklif edir. İngiltərə millisinin kapitanı isə daha uzunmüddətli – 2030-cu ilədək müqavilə imzalamaq istəyir.
Bununla belə, mənbə tərəflərin razılığa gəlmək ehtimalının kifayət qədər yüksək olduğunu qeyd edir.
Qeyd edək ki, 33 yaşlı futbolçunun Münhen klubu ilə hazırkı müqaviləsinin müddəti gələn ilin ortalarında başa çatır.Harri Keyn 2023-cü ilin yayında “Tottenhem”dən “Bavariya”ya transfer olunub. İngiltərəli hücumçu Münhen klubunun heyətində bütün turnirlərdə 147 oyuna 146 qol və 33 məhsuldar ötürmə ilə yadda qalıb.