- Almaniya B.L.
- 01:30 23.08.2026
“Bavariya”nın baş məşqçisi Vensan Kompani Dortmund “Borussiya”sına qalib gəldikləri Almaniya Superkuboku matçından (2:1) sonra açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, belçikalı çalışdırıcı qələbədən məmnun olduğunu bildirib:
“Qələbədən çox razıyam. Olise və Keyn məzuniyyətdən sonra cəmi üç məşqdə iştirak etmişdilər, amma 90 dəqiqə meydanda qaldılar. Mənim vaxtımda məzuniyyətdən üç-dörd kilo artıq çəki ilə qayıdırdıq. İndi isə futbolçuların şəxsi məşqçiləri var və onlar mövsümə əla fiziki formada hazırlaşırlar.
Nataniel Braun və Saybari bu mövsüm bizə çox fayda verəcək. Lennart Karl, Musiala və Qnabri də var, onlar komandaya daha sonra qoşulacaqlar. Bu gün komanda enerjili oynadı və top uğrunda mübarizə apardı.
Bəziləri ötən mövsümün uğurundan sonra bizdə geriləmə olacağını gözləyə bilər. Lakin biz əldə etdiklərimizlə kifayətlənməyəcəyik və bütün turnirlərdə qalib gəlməyə çalışacağıq”, - deyə Kompaninin sözlərini “Bayern & Germany” yayıb.
Qeyd edək ki, Münhen təmsilçisinin qollarını 28-ci dəqiqədə Nataniel Braun, 45-ci dəqiqədə isə Maykl Olise vurub. “Borussiya” 75-ci dəqiqədə Fabio Silvanın qolu ilə fərqi azaltsa da, məğlubiyyətdən qaça bilməyib.
“Bavariya” Bundesliqada mövsümə avqustun 28-də başlayacaq. Münhen klubu ilk turda doğma meydanda “Ştutqart”ı qəbul edəcək.