- Almaniya B.L.
- 00:38 29.08.2026
“Bavariya”nın qapıçısı Manuel Noyer Münhen klubunda 600-cü rəsmi matçını keçirəcək.
90deqiqe.Az-ın məlumatına görə, 40 yaşlı qolkiper yubiley oyununa Bundesliqanın yeni mövsümünün I turunda “Ştutqart”a qarşı keçiriləcək görüşdə çıxacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Noyer 2011-ci ilin yayında “Şalke”dən “Bavariya”ya transfer olunub. O, Münhen klubunun tarixində ən çox titul qazanan futbolçulardan birinə çevrilib. Almaniyalı qapıçı “Bavariya” ilə çoxsaylı yerli titullara sahib olmaqla yanaşı, iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
“Ştutqart”la qarşılaşma Noyer üçün Bundesliqada 21-ci mövsümün başlanğıcı olacaq.
Qeyd edək ki, “Bavariya” yeni çempionat öncəsi Almaniya Superkubokunda Dortmund “Borussiya”sını 2:1 hesabı ilə məğlub edərək mövsümə kubokla başlayıb.