29 avqust 2026. Şənbə

“Bavariya” rəqibinə aman vermədi


“Bavariya” rəqibinə aman vermədi

Bundesliqanın ilk turunda “Bavariya” və “Ştutqart” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, “Allyans Arena”da keçirilən qarşılaşma Münhen təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb – 5:1.

Oyunda hesabı 1-ci hissənin ortalarında “Bavariya”nın müdafiəçisi Dayo Upamekano açıb.

İkinci hissənin əvvəlində “Ştutqart”ın müdafiəçisi Yoşa Vaqnomann hesabı bərabərləşdirib. Lakin bundan cəmi 10 dəqiqə sonra Maykl Olise meydan sahiblərini yenidən önə keçirib.

57-ci dəqiqədə Yoşa Vaqnomann avtoqola imza ataraq “Bavariya”nın üstünlüyünü daha da artırıb. 82-ci dəqiqədə Aleksandar Pavloviç hesabı 4:1-ə çatdırıb.

Matçda son nöqtəni isə 90+2-ci dəqiqədə Luis Dias qoyub – 5:1.

Beləliklə, “Bavariya” Bundesliqanın yeni mövsümünə inamlı qələbə ilə başlayıb.

2-ci turda “Bavariya” sentyabrın 5-də “Şalke-04”lə, “Ştutqart” isə sentyabrın 4-də “Köln”lə qarşılaşacaq.







Almaniya B.L.

“Bavariya” rəqibinə aman vermədi
  • Almaniya B.L.
  • 00:32 29.08.2026
“Bavariya” rəqibinə aman vermədi