13 oktyabr 2026. Çərşənbə axşamı

Ceymi Vardi Bundesliqaya üz tutdu - amma futbolçu kimi yox


Ceymi Vardi Bundesliqaya üz tutdu   - amma futbolçu kimi yox

İngiltərəli hücumçu Ceymi Vardi hələlik yeni klubla anlaşmasa da, maraqlı əməkdaşlığa imza atıb.

 90deqiqe.Az-ın “derbyderbyderby.it” nəşrinə istinadən məlumatına görə, 39 yaşlı futbolçu Almaniya Bundesliqasının yayım hüquqlarına sahib olan “Bundesliga Media” şirkəti ilə razılaşma əldə edib.

Razılaşmaya əsasən, bundan sonra Vardinin “Jamie Vardi's Having a Party” adlı “YouTube” kanalında vaxtaşırı Bundesliqa oyunlarının canlı yayımlanması planlaşdırılır.

Qeyd edək ki, Vardi ötən mövsümü İtaliyada keçirib. Təcrübəli forvard “Kremoneze”nin formasını geyinib və bütün turnirlər nəzərə alınmaqla klubun heyətində 7 qol vurub.

Hazırda azad agent statusunda olan futbolçunun karyerasını hansı klubda davam etdirəcəyi isə hələlik məlum deyil.







Almaniya B.L.

“Köln” “Borussiya”ya qalib gəldi
  • Almaniya B.L.
  • 19:54 11.10.2026
“Köln” “Borussiya”ya qalib gəldi