29 avqust 2026. Şənbə

Manuel Noyer tarixə düşdü - “Bavariya”dakı 600-cü oyununda qələbə


Manuel Noyer tarixə düşdü   - “Bavariya”dakı 600-cü oyununda qələbə

“Bavariya”nın qapıçısı və kapitanı Manuel Noyer Bundesliqanın ilk turunda “Ştutqart” üzərində qazanılan 5:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, 40 yaşlı qolkiper komandanın yeni mövsümə yüksək motivasiya ilə başladığını bildirib.

“Düşünürəm ki, komandadakı qələbə istəyi hələ də çox böyükdür və bu, sevindiricidir”, – deyə Noyerin sözlərini “Sky Sport” nəşri sitat gətirib.

“Ştutqart”la qarşılaşma Noyer üçün “Bavariya”nın heyətində 600-cü rəsmi oyun olub. Bundan başqa, qapıçı Bundesliqada 546-cı matçına çıxıb və Almaniya çempionatı tarixində ardıcıl 21 mövsümdə meydana çıxan ilk futbolçu olub.

“Bu, xüsusi göstəricidir. Amma hazırda rəqəmlərə və statistikaya çox fikir vermirəm. Əsas məsələ komandaya kömək edə bilməyimdir. Ümid edirəm ki, bu mövsüm də bunu bir daha sübut edə biləcəyəm”, – deyə almaniyalı qapıçı əlavə edib.

Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən “Bavariya”nın formasını geyinir. O, Münhen klubuna “Şalke”dən transfer olunub.







Almaniya B.L.

“Bavariya” rəqibinə aman vermədi
  • Almaniya B.L.
  • 00:32 29.08.2026
“Bavariya” rəqibinə aman vermədi