13 sentyabr 2026. Bazar günü

“Bayer” Bundesliqanın debütantına uduzdu


“Bayer” Bundesliqanın debütantına uduzdu

Almaniya Bundesliqasında 2026/2027 mövsümünün ilk turunda “Elversberq” və “Bayer Leverkuzen”i arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Azn məlumatına görə, “Ursafarm Arena an der Kayzerlinde” stadionunda (Şpizen-Elversberq) baş tutan qarşılaşmada meydan sahibləri 3:2 hesabı ilə qalib gəliblər.

Görüşü Ştutqartdan olan hakim Asmir Osmanagiç idarə edib.

“Elversberq” matçın 8-ci dəqiqəsində Lukas Petkovun qolu ilə hesabı açıb. Cəmi bir dəqiqə sonra amerikalı futbolçu Kol Kempbell meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb.

İkinci hissənin ilk dəqiqəsində, 46-cı dəqiqədə David Mokva “Bayer”in qapısına üçüncü topu göndərib.

Leverkuzen təmsilçisi 77-ci dəqiqədə Patrik Şikin qolu ilə fərqi azaldıb. Matçın əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Kristian Kofanen “Bayer”in ikinci qolunu vuraraq hesabı 3:2 edib.

Lakin qalan dəqiqələrdə daha bir qol olmayıb və “Elversberq” Bundesliqadakı debüt matçında son çempionatın iştirakçılarından olan “Bayer” üzərində qələbə qazanıb.

Qeyd edək ki, Bundesliqanın 1-ci turu avqustun 30-da başa çatacaq.

2-ci turda “Bayer” sentyabrın 5-də doğma meydanda Berlin “Union”unu qəbul edəcək. “Elversberq” isə həmin gün səfərdə Mönxenqladbax “Borussiya”sının qonağı olacaq.







Almaniya B.L.

“Bayer” “Union”u darmadağın etdi
  • Almaniya B.L.
  • 23:25 05.09.2026
“Bayer” “Union”u darmadağın etdi