29 avqust 2026. Şənbə

“Union Berlin” 90+3-də məğlubiyyətdən xilas oldu


“Union Berlin” 90+3-də məğlubiyyətdən xilas oldu

Almaniya Bundesliqasında II turun qarşılaşması çərçivəsində “Union Berlin” doğma meydanda “Ayntraxt”ı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, gərgin və bol qollu keçən matçda komandalar qalibi müəyyənləşdirə bilməyiblər. Qarşılaşma 3:3 hesabı ilə başa çatıb.

“Union Berlin” oyunun 3-cü dəqiqəsində hesabı açıb. Emmanuel Latte Lat Yosip Yuranoviçin ötürməsindən sonra fərqlənib.

“Anyntraxt” isə çox keçmədən hesabı öz xeyrinə dəyişib. Yunus Ebnutalib iki dəqiqə ərzində iki qol vuraraq komandasını önə keçirib.

67-ci dəqiqədə Ebnutalib het-trik edərək “Ayntraxt”ın üstünlüyünü iki topa çatdırıb.

Bundan sonra meydan sahibləri hücumlarını artırıblar. 79-cu dəqiqədə Leopold Kverfeld fərqi minimuma endirib.

“Union Berlin” məğlubiyyətdən isə görüşün əlavə vaxtında xilas olub. 90+3-cü dəqiqədə Tim Skarke komandasına bərabərlik qolunu qazandırıb.

Beləliklə, qarşılaşma 3:3 hesabı ilə başa çatıb və komandalar hərəyə bir xal əldə ediblər.







Almaniya B.L.

“Köln”dən möhtəşəm geridönüş
  • Almaniya B.L.
  • 20:16 29.08.2026
“Köln”dən möhtəşəm geridönüş
“Bavariya” rəqibinə aman vermədi
  • Almaniya B.L.
  • 00:32 29.08.2026
“Bavariya” rəqibinə aman vermədi