13 oktyabr 2026. Çərşənbə axşamı

“Köln”dən möhtəşəm geridönüş


“Köln”dən möhtəşəm geridönüş

Almaniya Bundesliqasında 2026/2027 mövsümünün ilk turu çərçivəsində “Köln” doğma meydanda “Hoffenhaym”ı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Hoffenhaym” oyuna daha fəal başlayıb və 10-cu dəqiqədə hesabı açıb. Bamba Konteyə ötürməsindən sonra Adam Daqim topu “Köln”ün qapısından keçirib.

Qonaqlar fasiləyə minimal üstünlüklə yollanıblar.

“Köln” ikinci hissəyə fəal başlayıb və 51-ci dəqiqədə hesabı bərabərləşdirib. Səid Əl-Mala komandasının ilk qolunu vurub.

Cəmi altı dəqiqə sonra “Hoffenhaym” yenidən önə keçmək üçün əla imkan əldə edib. Lakin Maks Mörştedt 57-ci dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirə bilməyib.

Bunun ardınca qonaqlar yenidən fərqlənməyi bacarıblar. Ozan Kabak Vladimir Tsuofalın ötürməsindən sonra hesabı 2:1 edib.

Lakin “Köln” məğlubiyyətlə barışmayıb və əzmkarlıq nümayiş etdirərək oyunun taleyini öz xeyrinə dəyişib.

Meydan sahiblərinin qələbəsində əsas pay Teys Dallinqaya məxsus olub. Niderlandlı hücumçu ikinci hissədə iki dəfə fərqlənərək komandasına 3:2 hesablı qələbə qazandırıb.

Beləliklə, “Köln” Bundesliqanın ilk turunda doğma meydanda vacib 3 xal əldə edib.







Almaniya B.L.

“Köln” “Borussiya”ya qalib gəldi
  • Almaniya B.L.
  • 19:54 11.10.2026
“Köln” “Borussiya”ya qalib gəldi