29 avqust 2026. Şənbə

“Leypsiq”dən “Borussiya” üzərində inamlı qələbə


“Leypsiq”dən “Borussiya” üzərində inamlı qələbə

Almaniya Bundesliqasında 2026/2027 mövsümünün ilk turunda “Leypsiq” doğma meydanda Mönxenqladbax “Borussiya”sını qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Leypsiq” oyunun ilk yarım saatında hesabı açmağa nail olub. 26-cı dəqiqədə Ridle Baku Tidyam Qomisin ötürməsindən sonra topu rəqib qapısından keçirib.

İkinci hissənin əvvəlində “buğalar” fərqi artırıblar. 49-cu dəqiqədə Antonio Nusa yenidən Tidyam Qomisin məhsuldar ötürməsindən sonra fərqlənərək hesabı 2:0-a çatdırıb.

66-cı dəqiqədə “Leypsiq” üçüncü qolunu vurub. Kristofer Nkunkunun ötürməsindən sonra Roko Rays komandasının üstünlüyünü üç topa çatdırıb.

Qonaqlar əlavə olunmuş vaxtda təsəlli qolu vurmağa yaxın olublar. Uqo Bolin “Borussiya”nın qapısına yol tapıb. Lakin baş hakim qayda pozuntusu səbəbindən qolu qeydə almayıb.

Beləliklə, “Leypsiq” mövsümün ilk turunda Mönxenqladbax “Borussiya”sını 3:0 hesabı ilə məğlub edib.







Almaniya B.L.

“Köln”dən möhtəşəm geridönüş
  • Almaniya B.L.
  • 20:16 29.08.2026
“Köln”dən möhtəşəm geridönüş
“Bavariya” rəqibinə aman vermədi
  • Almaniya B.L.
  • 00:32 29.08.2026
“Bavariya” rəqibinə aman vermədi