14 oktyabr 2026. Çərşənbə

“Borussiya” Bundesliqada mövsümə qələbə ilə başladı


“Borussiya” Bundesliqada mövsümə qələbə ilə başladı

Almaniya Bundesliqasının 2026/2027 mövsümünün ilk turunda Dortmund “Borussiya”sı doğma meydanda “Hamburq”u qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, Dortmund stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşü baş hakim Feliks Tsva­yerin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

“Borussiya” 9-cu dəqiqədə Seru Girassinin qolu ilə hesabı açıb.

İlk hissənin əlavə olunmuş vaxtında, 45+1-ci dəqiqədə Yannis Konstantelias fərqlənərək Dortmund təmsilçisinin üstünlüyünü iki topa çatdırıb.

“Borussiya” 77-ci dəqiqədən etibarən meydanda azlıqda qalıb. Samuele İnasio qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb.

Buna baxmayaraq, Dortmund klubu üstünlüyünü qoruyub və mövsümün ilk turunda 3 xal qazanıb.

Qeyd edək ki, Bundesliqanın II turunda “Borussiya” sentyabrın 5-də səfərdə “Hoffenhaym”la qarşılaşacaq. “Hamburq” isə sentyabrın 6-da doğma meydanda “Maynts”ı qəbul edəcək.







Almaniya B.L.

“Köln” “Borussiya”ya qalib gəldi
  • Almaniya B.L.
  • 19:54 11.10.2026
“Köln” “Borussiya”ya qalib gəldi