31 avqust 2026. Bazar ertəsi

“Auqsburq” və “Frayburq”dan darmadağın


“Auqsburq” və “Frayburq”dan darmadağın

Almaniya Bundesliqasında növbəti oyunlar keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, “Auqsburq” doğma meydanda “Şalke 04”ü qəbul edib. Meydan sahibləri rəqib üzərində 3:0 hesablı darmadağın qələbəsi qazanaraq üç xal əldə ediblər.

“Auqsburq” 18-ci dəqiqədə hesabı açıb. Mixael Qreqoriç rəqib qapısına dəqiq zərbə endirərək komandasını önə keçirib. Görüşün böyük hissəsində minimal üstünlüyünü qoruyan meydan sahibləri 79-cu dəqiqədə Anton Kadenin qolu ilə fərqi iki topa çatdırıblar.

“Auqsburq” bununla kifayətlənməyib. Əlavə olunmuş vaxtda Rodriqo Ribeyro fərqlənərək matçın yekun hesabını müəyyənləşdirib – 3:0.

Qeyd edək ki, “Şalke 04” qarşılaşmanı azlıqda başa vurub. 62-ci dəqiqədə Ron Şallenberq qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Günün digər matçında “Frayburq” doğma meydanda “Verder”lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

“Frayburq” 29-cu dəqiqədə hesabı açıb. Yan-Niklas Bestenin məhsuldar ötürməsindən sonra Yuito Suzuki topu rəqib qapısından keçirib.

Bir müddət sonra İqor Matanoviç fərqlənərək meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb.

İkinci hissənin 48-ci dəqiqəsində Suzuki yenidən səhnəyə çıxıb və hesabı 3:0-a çatdırıb. Yaponiyalı futbolçu daha sonra bir qol da vuraraq het-trikini rəsmiləşdirib.

“Verder”in heyətində Dariuşt Stalmax fərqlənərək hesab arasındakı fərqi azaltsa da, Bremen təmsilçisi bundan artığına nail ola bilməyib. Beləliklə, “Frayburq” 4:1 hesablı inamlı qələbə qazanıb.

Qeyd edək ki, komandalar çempionatın ikinci dövrəsində yanvarın 23-də, 2027-ci ildə Bremendə qarşılaşacaqlar.







Almaniya B.L.

“Köln”dən möhtəşəm geridönüş
  • Almaniya B.L.
  • 20:16 29.08.2026
“Köln”dən möhtəşəm geridönüş
“Bavariya” rəqibinə aman vermədi
  • Almaniya B.L.
  • 00:32 29.08.2026
“Bavariya” rəqibinə aman vermədi