5 sentyabr 2026. Şənbə

“Favoritik, amma rahatlaşmaq olmaz”


“Favoritik, amma rahatlaşmaq olmaz”

“Bavariya”nın baş məşqçisi Vensan Kompani Bundesliqanın II turunda səfərdə “Şalke”ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, belçikalı mütəxəssis “Şalke”nin ev stadionunda daha əvvəl “Mançester Siti” və “Hamburq”un futbolçusu kimi çıxış etdiyini xatırladıb.

“Orada “Mançester Siti” və “Hamburq”la oynamışam. Bu, yaxşı tanıdığımız stadiondur. Biz favoritik, amma rahatlaşmağa imkan verməməliyik. Hər şey ilk dəqiqələrdən həll olunur. “Osnabrük” və “Ştutqart”la yaxşı oyun keçirməyimiz növbəti matçda heç nəyə zəmanət vermir. “Şalke” bizdən daha çox qələbə istəməməlidir. Onlar üç illik fasilədən sonra bu oyunu böyük səbirsizliklə gözləyirlər”, - deyə Kompani bildirib.

Baş məşqçi “Şalke”ni Bundesliqaya yeni qayıdan komanda kimi qiymətləndirmədiyini də vurğulayıb.

“Mən hətta onları adi yeni iştirakçı kimi də qəbul etməzdim. Çox stabil görünürlər. Auqsburqda onlar üçün asan olmadı, amma bununla belə, mövsümöncəsi hazırlıq keçirdikləri yaxşı olub. Düşünmürəm ki, bu mövsüm onların çox problemi olacaq. Biz Bundesliqa klubuna qarşı oynayacağıq və belə oyunlar həmişə çətin olur”, - deyə 40 yaşlı çalışdırıcı qeyd edib.

Qeyd edək ki, Bundesliqanın ilk turunda “Bavariya” doğma meydanda “Ştutqart”ı 5:1 hesabı ilə məğlub edib. “Şalke” isə səfərdə “Auqsburq”a 0:3 hesabı ilə uduzub.

“Şalke 04” – “Bavariya” qarşılaşması sentyabrın 5-də keçiriləcək.







Almaniya B.L.

“Favoritik, amma rahatlaşmaq olmaz”
  • Almaniya B.L.
  • 00:02 05.09.2026
“Favoritik, amma rahatlaşmaq olmaz”
“Köln”dən möhtəşəm geridönüş
  • Almaniya B.L.
  • 20:16 29.08.2026
“Köln”dən möhtəşəm geridönüş