5 sentyabr 2026. Şənbə

“Ştutqart” “Köln”ü darmadağın etdi


“Ştutqart” “Köln”ü darmadağın etdi

Almaniya Bundesliqasında II turun qarşılaşmasında “Ştutqart” doğma meydanda “Köln”ü qəbul edib.

90deqiqe.Az xəbər verir ki, “Ştutqart” rəqibini 4:1 hesabı ilə məğlub edərək mövsümdə ikinci qələbəsini qazanıb.

Görüşə fəal başlayan meydan sahibləri hesabı yalnız ilk hissənin sonlarına yaxın aça biliblər. Yoşa Vanyomanın ötürməsindən sonra Bilal Əl-Hannus topu “Köln”ün qapısından keçirib.

“Ştutqart” ikinci hissədə də üstün oyun nümayiş etdirib. 60-cı dəqiqədə Maksimilian Mittelştedt Qrişa Prömelə məhsuldar ötürmə verib və almaniyalı futbolçu fərqi iki topa çatdırıb.

Bir neçə dəqiqə sonra Ermedin Demiroviç də adını tabloya yazdıraraq meydan sahiblərinin üstünlüyünü daha da artırıb.

“Ştutqart”ın qələbəsi 90-cı dəqiqədə Yoşa Vanyomanın qolu ilə rəsmiləşib. “Köln” isə 81-ci dəqiqədə Marius Bülterin dəqiq zərbəsi ilə təsəlli qoluna imza atıb.

Beləliklə, “Ştutqart” iki turdan sonra 3 xal toplayıb. “Köln”ün də aktivində 3 xal var.







Almaniya B.L.

“Favoritik, amma rahatlaşmaq olmaz”
  • Almaniya B.L.
  • 00:02 05.09.2026
“Favoritik, amma rahatlaşmaq olmaz”
“Köln”dən möhtəşəm geridönüş
  • Almaniya B.L.
  • 20:16 29.08.2026
“Köln”dən möhtəşəm geridönüş