21 oktyabr 2026. Çərşənbə

“Bavariya” “Şalke” ilə heç-heçə etdi


“Bavariya” “Şalke” ilə heç-heçə etdi

Almaniya Bundesliqasında 2026/2027 mövsümünün 2-ci turu çərçivəsində “Şalke” və “Bavariya” komandaları üz-üzə gəlib.

90deqiqe.Az  xəbər verir ki, Gelsenkirxendəki “AufŞalke” stadionunda keçirilən qarşılaşmada qalib müəyyənləşməyib. Görüş Robert Şröderin baş hakimliyi ilə baş tutub və komandalar meydandan 0:0 hesablı heç-heçə ilə ayrılıblar.

Xatırladaq ki, ilk turda “Şalke” səfərdə “Auqsburq”a 0:3 hesabı ilə uduzub. “Bavariya” isə “Ştutqart”ı 5:1 hesabı ilə məğlub edib.

Növbəti turda “Şalke” sentyabrın 11-də “Union”la qarşılaşacaq. Münhen təmsilçisi isə sentyabrın 13-də “Elversberq”in qonağı olacaq.

Qeyd edək ki, ötən mövsüm “Şalke” İkinci Bundesliqanın qalibi olaraq yüksək liqaya yüksəlib. “Bavariya” isə Almaniya çempionu olub.







Almaniya B.L.

“Köln” “Borussiya”ya qalib gəldi
  • Almaniya B.L.
  • 19:54 11.10.2026
“Köln” “Borussiya”ya qalib gəldi