6 sentyabr 2026. Bazar günü

“Bayer” “Union”u darmadağın etdi


“Bayer” “Union”u darmadağın etdi

Almaniya Bundesliqasının 2026/2027 mövsümünün 2-ci turunda Leverkuzen “Bayer”i doğma meydanda Berlin “Union”unu qəbul edib.

90deqiqe.Az xəbər verir ki, “BayArena”da keçirilən qarşılaşmada meydan sahibləri 4:0 hesablı inamlı qələbə qazanıblar. Görüşün baş hakimi Robin Braun olub.

“Bayer” matçın ilk dəqiqəsində İqnasion Fernandesin qolu ilə hesabı açıb. Fakundo Medina 28-ci dəqiqədə fərqi iki topa çatdırıb.

İkinci hissənin əvvəlində Patrik Şik 48-ci dəqiqədə üçüncü qolu vurub. İbrahim Maza isə 66-cı dəqiqədə hesabı 4:0-a çatdıraraq görüşdə son nöqtəni qoyub.

Qeyd edək ki, “Bayer” Bundesliqanın ilk turunda “Elversberq”ə 2:3 hesabı ilə uduzub. “Union” isə “Ayntraxt”la (Frankfurt) 3:3 hesablı heç-heçə edib.

Növbəti turda “Bayer” sentyabrın 12-də səfərdə “Auqsburq”la qarşılaşacaq. “Union” isə sentyabrın 11-də doğma meydanda “Şalke-04”ü qəbul edəcək.







Almaniya B.L.

“Bayer” “Union”u darmadağın etdi
  • Almaniya B.L.
  • 23:25 05.09.2026
“Bayer” “Union”u darmadağın etdi
“Favoritik, amma rahatlaşmaq olmaz”
  • Almaniya B.L.
  • 00:02 05.09.2026
“Favoritik, amma rahatlaşmaq olmaz”
“Köln”dən möhtəşəm geridönüş
  • Almaniya B.L.
  • 20:16 29.08.2026
“Köln”dən möhtəşəm geridönüş