21 oktyabr 2026. Çərşənbə

“Borussiya” “Hoffenhaym”ı son dəqiqələrdə məğlub etdi


“Borussiya” “Hoffenhaym”ı son dəqiqələrdə məğlub etdi

Almaniya Bundesliqasının 2026/2027 mövsümünün 2-ci turunda “Hoffenhaym” və Dortmund “Borussiya”sı üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, Zinsheymdəki “PreZero Arena”da keçirilən qarşılaşmada qonaqlar 3:2 hesablı qələbə qazanıblar. Görüşün baş hakimi Mattias Yöllenbek olub.

“Hoffenhaym” ilk hissənin sonuncu dəqiqəsində Leon Avdullahu ilə hesabı açıb. Tim Lemperle 54-cü dəqiqədə meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb.

Bundan sonra Dortmund təmsilçisi geridönüş edib. Seru Girassi 61-ci dəqiqədə fərqi azaldıb, Fabio Silva isə 66-cı dəqiqədə hesabı bərabərləşdirib. Qarşılaşmanın 87-ci dəqiqəsində Albiyan Haydarinin öz qapısına vurduğu top “Borussiya”ya qələbə qazandırıb.

Qeyd edək ki, ötən turda “Borussiya” Dortmund “Hamburq”u 2:0 hesabı ilə məğlub edib. “Hoffenhaym” isə “Köln”ə 2:3 hesabı ilə uduzub.

Növbəti turda Dortmund təmsilçisi sentyabrın 12-də “Paderborn-07” ilə qarşılaşacaq. “Hoffenhaym” isə həmin gün “Ştutqart”ın qonağı olacaq.







Almaniya B.L.

“Köln” “Borussiya”ya qalib gəldi
  • Almaniya B.L.
  • 19:54 11.10.2026
“Köln” “Borussiya”ya qalib gəldi