6 sentyabr 2026. Bazar günü

“Bavariya” rəhbəri Müsialanın mövsümdə ilk oyunu barədə danışıb


“Bavariya” rəhbəri Müsialanın mövsümdə ilk oyunu barədə danışıb

Almaniyanın “Bavariya” klubunun baş direktoru Yan-Kristian Drizen komandanın yarımmüdafiəçisi Camal Müsialanın cari mövsümdə ilk matçına çıxması barədə fikirlərini bölüşüb.

 90deqiqe.Az xəbər verir ki, "SPORT1" Drizenin sözlərini belə çatdırıb.

“Camal məşqlərdə özünü çox yaxşı göstərirdi. Hesab edirəm ki, Vinsent Kompaninin onu heyətə daxil etməsi və oyun vaxtı verməsi çox yaxşı haldır. O, matçın nəticəsi hələ həll olunmamışkən Müsialanı meydana buraxdı. Bu isə onun futbolçuya nə qədər güvəndiyini göstərir”

Qeyd edək ki,23 yaşlı futbolçu Bundesliqanın ikinci turunda “Şalke” ilə keçirilən qarşılaşmada (0:0) ikinci hissədə meydana çıxıb.

 Əlavə edək ki, Müsiala “Bavariya”nın mövsümöncəsi hazırlıq oyunları zamanı iki dəfə meydanda huşunu itirib.

Xatırladaq ki, Camal Müsialanın “Bavariya” ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.







Almaniya B.L.

“Bayer” “Union”u darmadağın etdi
  • Almaniya B.L.
  • 23:25 05.09.2026
“Bayer” “Union”u darmadağın etdi
“Favoritik, amma rahatlaşmaq olmaz”
  • Almaniya B.L.
  • 00:02 05.09.2026
“Favoritik, amma rahatlaşmaq olmaz”