- Almaniya B.L.
- 23:06 11.09.2026
“Leypsiq”ə icarəyə verilən Kristofer Nkunku “Milan”dan ayrılması ilə bağlı danışıb.
90deqiqe.Az-ın məlumatına görə, fransalı futbolçu İtaliya klubunun onunla bağlı qərarına təəccübləndiyini bildirib. O, ötən mövsüm “Milan”ın sabiq baş məşqçisi Massimiliano Alleqrinin tətbiq etdiyi futbolun da oyun üslubuna uyğun olmadığını deyib.
“Milandakı çıxışım zamanı heç bir zədə problemim yox idi. Sadəcə, onların futbol fəlsəfəsi mənim düşüncəmlə üst-üstə düşmürdü. Buna görə də bura qayıtmaq və mənə uyğun futbol oynamaq imkanı yaranan kimi bundan istifadə etdim”, – deyə Nkunku bildirib.
Qeyd edək ki, Kristofer Nkunku “Milan”a qədər İngiltərənin “Çelsi” klubunda çıxış edib.