12 sentyabr 2026. Şənbə

“Şalke” Bundesliqada mövsümdə ilk qələbəsini qazandı


“Şalke” Bundesliqada mövsümdə ilk qələbəsini qazandı

Almaniya Bundesliqasının III turunda “Union” doğma meydanda “Şalke-04”u qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, gərgin və baxımlı mübarizə şəraitində keçən qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb.

Matçın ilk dəqiqələrində komandalar təşəbbüsü ələ almaqda çətinlik çəkiblər. 25-ci dəqiqədə isə “Şalke-04” hesabı açıb. Robin Qozens dəqiq zərbə ilə komandasını önə keçirib.

İlk hissənin sonuna qədər hesab dəyişməyib.

Fasilədən dərhal sonra Gelzenkirxen təmsilçisi üstünlüyünü artırıb. Çukvubuyke Adamu Adil Auşişə məhsuldar ötürmə edib, sonuncu isə fürsəti dəyərləndirərək topu qapıdan keçirib.

“Union” əsas vaxta əlavə olunmuş dəqiqələrdə fərqi azaldıb. Tim Skarke komandasının ilk qolunu vurub. Lakin “Şalke-04” son dəqiqələrdə yenidən fərqlənərək oyunda son nöqtəni qoyub. Maksimilian Vöber yekun hesabı müəyyənləşdirib.

Beləliklə, “Şalke-04” 2026/27 mövsümündə Bundesliqada ilk qələbəsini qazanıb. Komandanın aktivində 4 xal var.

“Union” isə üç turdan sonra cəmi 1 xal toplayıb.







Almaniya B.L.

“Bayer” “Union”u darmadağın etdi
  • Almaniya B.L.
  • 23:25 05.09.2026
“Bayer” “Union”u darmadağın etdi
“Favoritik, amma rahatlaşmaq olmaz”
  • Almaniya B.L.
  • 00:02 05.09.2026
“Favoritik, amma rahatlaşmaq olmaz”