13 sentyabr 2026. Bazar günü

“Borussiya Dortmund” “Paderborn”a şans vermədi


“Borussiya Dortmund” “Paderborn”a şans vermədi

Almaniya Bundesliqasının III turunda Dortmund “Borussiya”sı ilə “Paderborn” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, “Dortmund” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 5-ci dəqiqədə Fabio Silva açıb. 80-ci dəqiqədə Feliks Nmeça “Borussiya”nın üstünlüyünü iki topa çatdırıb. O, 89-cu dəqiqədə daha bir dəfə fərqlənərək dublunu rəsmiləşdirib.

Qeyd edək ki, bu nəticədən sonra Dortmund “Borussiya”sı 9 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Paderborn 07” isə 1 xalla 15-ci sıradadır.

Növbəti turda Dortmund “Borussiya”sı sentyabrın 19-da səfərdə “Ştutqart”ın qonağı olacaq. “Paderborn 07” isə sentyabrın 20-də doğma meydanda “Hoffenhaym”ı qəbul edəcək.







Almaniya B.L.

“Bayer” “Union”u darmadağın etdi
  • Almaniya B.L.
  • 23:25 05.09.2026
“Bayer” “Union”u darmadağın etdi