- Almaniya B.L.
- 23:20 12.09.2026
Almaniya Bundesliqasında “Köln” doğma meydanda “Verder”lə qarşılaşıb.
90deqiqe.Az xəbər verir ki, komandalar arasındakı görüş heç-heçə ilə başa çatıb.
Matçın 8-ci dəqiqəsində “Köln” hesabı açmaq üçün əla imkan əldə edib. Hakim qonaqların qapısına penalti təyin etsə də, Teys Dallinqa 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.
Buna baxmayaraq, “Köln” cəmi üç dəqiqə sonra hesabı açıb. Linton Mayna fərqlənib, Ellyes Skiri isə məhsuldar ötürmə ilə yadda qalıb.
“Verder” 70-ci dəqiqədə hesabı bərabərləşdirib. Niklas Füllkruqun dəqiq zərbəsi Bremen təmsilçisinə 1 xal qazandırıb.
Beləliklə, qarşılaşmadan sonra hər iki komandanın aktivində 4 xal var.