14 sentyabr 2026. Bazar ertəsi

“Bavariya” səfərdə “Elversberq”i məğlub etdi


“Bavariya” səfərdə “Elversberq”i məğlub etdi

Almaniya Bundesliqasının III turunda “Elversberq” və “Bavariya” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, “Ursapharm-Arena an der Kaiserlinde” stadionunda keçirilən qarşılaşmada Münhen təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

“Bavariya” 26-cı dəqiqədə Lennart Karlın qolu ilə hesabı açıb. “Elversberq” 61-ci dəqiqədə Moris Krattenmaherin qolu ilə hesabı bərabərləşdirib.

Qonaqların qələbə qolunu isə 72-ci dəqiqədə ingiltərəli hücumçu Harri Keyn vurub.

Bu nəticədən sonra “Bavariya” 7 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “Elversberq” isə 6 xalla altıncı sırada yer alıb.







Almaniya B.L.

“Bayer” “Union”u darmadağın etdi
  • Almaniya B.L.
  • 23:25 05.09.2026
“Bayer” “Union”u darmadağın etdi