- Almaniya B.L.
- 01:46 14.09.2026
“Bavariya”nın baş məşqçisi Vensan Kompani Almaniya Bundesliqasının III turunda “Elversberq” üzərində qazandıqları 2:1 hesablı qələbəni şərh edib.
90deqiqe.Az xəbər verir ki, belçikalı mütəxəssis komandasının oyunundan tam razı qalmadığını bildirib.
“Burada hər şey vacibdir. Təbii ki, üç xal bizim üçün əsas prioritet idi. Bu oyunda tempimiz aşağı idi. Həmçinin, əvvəlki kimi fəal şəkildə ikili mübarizələrə girmirdik. “Şalke” və “Budyo-Qlimt”lə oyunlarda təşəbbüs bizdə idi, yaxşı pressinq və əks-pressinq edirdik.
“Elversberq” isə oyunun bütün komponentlərində keyfiyyətli çıxış etdi. Onlar topa çox cəsarətlə sahib olurdular. Ola bilsin, onların qapıçısının oyundakı rolu digər komandaların qapıçılarından bir qədər fərqli idi.
Əlbəttə, bizim də qol imkanlarımız oldu və daha çox qol vura bilərdik. Ümumilikdə isə güclü rəqibə qarşı oynadıq və üç xal qazandığımız üçün məmnunuq”, - deyə Kompani klubun rəsmi saytına açıqlamasında bildirib.