- Almaniya B.L.
- 22:54 17.09.2026
Almaniyanın “Bavariya” klubu müdafiəçisi Kim Min Ce ilə onun gələcəyi barədə danışıqlar aparmağı planlaşdırır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Kristian Falk "X" sosial şəbəkə hesabında yazıb.
“Bu doğrudur. “Bavariya” payız aylarında onun gələcəyini müzakirə etmək üçün danışıqlar planlaşdırıb. Vensan Kompani ilə Kim çox yaxşı işləyirlər və müdafiəçi kifayət qədər oyun vaxtı qazanır. Oynamadığı vaxtlarda şikayət etməməsi, əzmlə çalışmağa davam etməsi və meydana çıxmaq şansı qazandıqda yaxşı çıxış etməsi futbolçunun öz xidmətidir”, – deyə Falk bildirib.
29 yaşlı Cənubi Koreya millisinin üzvü 2023-cü ilin yayında “Bavariya”ya keçib. Kim Min Ce Münhen klubunun heyətində 120 oyuna çıxıb və 5 qol vurub. O, ötən mövsüm bütün turnirlərdə 37 matçda iştirak edib.
Qeyd edək ki, “Bavariya” yay transfer pəncərəsində uyğun təklif daxil olacağı təqdirdə Cənubi Koreya millisinin üzvünün satışını nəzərdən keçirməyə hazır idi.