22 noyabr 2024. Cümə

Millimizin futbolçusu Almaniyada rekorda imza atdı


Millimizin futbolçusu Almaniyada rekorda imza atdı

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyanın “Ertsgebirge” klubunun tarixinə düşüb.

Corner.az “Tag24” portalına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu Aue təmsilçisinin heyətində penaltidən ən çox qol vuran oyunçuya çevrilib. Nazarov buna II Bundesliqanın X turunda evdə “Nürnberq”i 4:3 hesabı ilə məğlub etdikləri matçın 62-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə nail olub.

İndiyə qədər 12 penaltidən 11-ni qola çevirən Nazarov 2003 - 2008-ci illərdə 10 dəfə fərqlənən Yorq Emmerixin rekordunu yeniləyib.

Yığma üzvü yeni nailiyyəti bu cür şərh edib: “Rekorda görə şadam. Həm də azarkeşlərin xoş sözləri üçün darıxmışdıq. Birinci hissədə hər iki komandanın cərimə meydançasında təhlükəli vəziyyətlərinin az olduğu hiss edilirdi. Ancaq matçın sonluğu inanılmaz oldu. Penalti epizodunda hakimin düzgün qərar verib-vermədiyini deyə bilmərəm. Videogörüntülə baxmaq lazımdır”.

Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ilin yayından “Ertsgebirge”nin formasını geyinir.







Almaniya B.L.

Bundesliqa klubu onu satmaq istəmir
  • Almaniya B.L.
  • 23:13 14.11.2024
Bundesliqa klubu onu satmaq istəmir
"Bavariya"da xoşbəxtəm"
  • Almaniya B.L.
  • 18:16 12.11.2024
"Bavariya"da xoşbəxtəm"
 "Leypsiq" evdə xal itirdi
  • Almaniya B.L.
  • 23:49 09.11.2024
"Leypsiq" evdə xal itirdi