- Almaniya B.L.
- 00:44 19.09.2026
Bundesliqanın 4-cü turunda “Bavariya” doğma meydanda “Union”la qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, Münhen təmsilçisi rəqibini 7:0 hesabı ilə məğlub edib.
Hesab 18-ci dəqiqədə açılıb. Jamal Musialanın qoluna Alfonso Deyvis assist edib. Daha sonra Harri Keyn penaltini dəqiq yerinə yetirərək fərqi artırıb. İlk hissənin sonunda isə Maykl Olise hesabı 3:0-a çatdırıb.
İkinci hissədə “Bavariya” üstünlüyünü daha da artırıb. 54-cü dəqiqədə Keyn dublunu rəsmiləşdirib. 70-ci dəqiqədə İsmael Saybari fərqlənib.
Bundan sonra isə Olise səhnəyə çıxıb. Fransalı hücumçu 73 və 76-cı dəqiqələrdə daha iki qol vuraraq het-trik edib.
Beləliklə, “Bavariya” “Union” üzərində 7:0 hesablı möhtəşəm qələbə qazanıb.