- Almaniya B.L.
- 00:44 19.09.2026
“Bavariya”nın vingeri Maykl Olise Bundesliqanın “Union”a qarşı keçirilən oyununda (7:0) het-trik edib.
90deqiqe.Az-ın məlumatına görə, 24 yaşlı fransalı futbolçu 43, 73 və 76-cı dəqiqələrdə fərqlənib.
Bu, Olisenin klub səviyyəsində peşəkar karyerasında ilk het-triki olub. O, bundan əvvəl yalnız Fransa millisinin heyətində bir oyunda üç qol vurub. Bu hadisə isə bu ilin iyununda Şimali İrlandiya ilə yoldaşlıq görüşündə baş verib.
Olise bu mövsüm Vensan Kompaninin rəhbərliyi altında “Bavariya”nın heyətində keçirdiyi 7 oyunda 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, fransalı futbolçu 2024-cü ilin yayından Münhen klubunun formasını geyinir.