22 sentyabr 2026. Çərşənbə axşamı

“Borussiya” yeni baş məşqçisini açıqladı


“Borussiya” yeni baş məşqçisini açıqladı

Münhenqladbax “Borussiya”sının yeni baş məşqçisi müəyyənləşib.

 90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, Aleksandr Blessin komandanın baş məşqçisi təyin olunub.

Almaniya Bundesliqasında mövsümə uğursuz başlayan “Borussiya” sentyabrın ortalarında baş məşqçi Oygen Polanskini istefaya göndərib. Komanda çempionatın ilk 4 turunda 4 məğlubiyyət alıb.

53 yaşlı Blessin yeni klubu ilə 2028-ci ilin ortalarına qədər müqavilə imzalayıb.

Mütəxəssis daha əvvəl “Sankt-Pauli”yə rəhbərlik edib. Onun çalışdırdığı komanda ötən mövsüm Bundesliqadan aşağı liqaya düşüb.

Blessin bundan əvvəl Belçikanın “Union Sent-Jiluz” və “Ostende”, İtaliyanın “Cenoa”, eləcə də Almaniyanın “RB Leypsiq” klublarında çalışıb.

Qeyd edək ki, “Borussiya” Bundesliqada 4 turdan sonra turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.







Almaniya B.L.