27 sentyabr 2026. Bazar günü

“Qızıl top” üçün əsas namizəd Keyndir"


“Qızıl top” üçün əsas namizəd Keyndir"

“Bavariya"nın vingeri Luis Diaz komanda yoldaşı Harri Keyni 2026-cı ildə “Qızıl top” mükafatını qazanmağa əsas namizəd hesab edir.

90deqiqe.Az-ın məlumatına görə, kolumbiyalı futbolçu “ESPN”ə açıqlamasında Keynin çıxışlarından danışıb:

“Onun çox qol vurduğunu bilirdim. Amma hər gün yanında olmaq, məşqlərdə necə çalışdığını və yanaşmasını görmək məni daha da heyran etdi.

İnanılmazdır, möhtəşəmdir. Onu təsvir etmək üçün söz tapmaq çətindir. Bəzən uyğun ifadə seçə bilmirəm. Mənim üçün o, “Qızıl top”un əsas namizədidir. Ümid edirəm ki, bu mükafatı qazana biləcək”.

Qeyd edək ki, Almaniya klubunda ilk mövsümünü keçirən Diaz bütün turnirlərdə 51 oyuna çıxaraq 26 qol vurub və 19 məhsuldar ötürmə edib. O, bununla yanaşı, “Qızıl top”a namizədlər siyahısında da yer alıb.Harri Keyn ötən mövsüm “Bavariya”nın heyətində 51 oyunda 61 qol vurub. İngiltərə millisinin hücumçusu 2026-cı il dünya çempionatında da 6 dəfə fərqlənib.

“Bavariya”dan Luis Diaz və Harri Keynlə yanaşı, Maykl Olise və Dayo Upamekano da “Qızıl top”a namizədlər siyahısına daxil ediliblər.







Almaniya B.L.