29 sentyabr 2026. Çərşənbə axşamı

Harri Keyn “Bavariya” ilə yeni müqaviləsinə iki xüsusi bənd tələb edib


Harri Keyn “Bavariya” ilə yeni müqaviləsinə iki xüsusi bənd tələb edib

“Bavariya”nın hücumçusu Harri Keyn Münhen klubu ilə yeni müqaviləsinə iki xüsusi bəndin daxil edilməsini istəyib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Goal” nəşri məlumat yayıb.

Bildirilir ki, ingiltərəli forvard ilk növbədə müqaviləsində gələcəkdə İngiltərə Premyer Liqasına qayıtmasına imkan verəcək sərbəstqalma maddəsinin saxlanılmasını tələb edib.

Keynin ikinci tələbi isə “Tottenhem”lə bağlıdır. Belə ki, “Bavariya” onun transferi üçün başqa klubun təklifini qəbul edərsə, London təmsilçisinin eyni şərtlərlə həmin təklifi təkrarlamaq hüququ olacaq.

Romanonun sözlərinə görə, bu tələblər Keynin “Bavariya” ilə müqaviləsini uzatmasına maneə deyil. Tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir.

Yeni müqavilənin ən azı 2029-cu ilə qədər nəzərdə tutulacağı gözlənilir.







Almaniya B.L.