- Almaniya B.L.
- 22:06 29.09.2026
Almaniyanın “Bavariya” klubu yarımmüdafiəçisi Maykl Olise ilə müqaviləni uzatmaq üçün yaxın vaxtlarda danışıqlara başlamağı planlaşdırır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Bild” məlumat yayıb.
Münhen təmsilçisinin fransalı futbolçunu Harri Keyn və Camal Musiala ilə birlikdə klubun ən yüksək maaş alan oyunçularından birinə çevirmək niyyətində olduğu bildirilir.
“Bavariya”nın Olise ilə müqaviləni 2032-ci ilin yayına qədər uzatmaq istədiyi qeyd olunur.
Bununla belə, futbolçunun özü və agenti Qlen Tvenboa hələlik müqavilənin uzadılması ilə bağlı klub rəhbərliyinə təşəbbüs göstərməyib.
24 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. Olise 2024/25 mövsümündən “Bavariya”nın formasını geyinir.
Fransalı futbolçu cari mövsümdə komandanın heyətində bütün turnirlərdə 7 oyuna çıxıb. O, bu görüşlərdə 8 qol vurub və 4 məhsuldar ötürmə edib.