- Almaniya B.L.
- 23:03 01.10.2026
“Bavariya"nın hücumameyilli yarımmüdafiəçisi Maykl Olise Bundesliqada sentyabr ayının ən yaxşı futbolçusu seçilib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə liqanın mətbuat xidməti rəsmi saytında məlumat yayıb.
Ayın ən yaxşı futbolçusu adına “Maynts”ın hücumçusu Filipp Tits, “Bayer”in müdafiəçisi Migel Qutyerres, “Frayburq”un hücumçusu İqor Matanoviç, “Ştutqart”ın müdafiəçisi Maksimilian Mittelshtedt və “Frayburq”un yarımmüdafiəçisi Yannik Engelhardt da namizəd olub.
Olise sentyabr ayında Bundesliqada üç oyunda meydana çıxıb. Fransa millisinin üzvü bu görüşlərdə üç qol vurub və bir məhsuldar ötürmə edib.
Olise 2024-cü ilin yayından Münhen klubunda çıxış edir. Onun “Bayern”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.