2 oktyabr 2026. Cümə

“Verder” “Tvente” qarşısında biabırçı məğlubiyyət ald


“Verder” “Tvente” qarşısında biabırçı məğlubiyyət ald

“Verder” beynəlxalq fasilə zamanı keçirdiyi yoxlama oyununda Niderlandın “Tvente” klubuna böyük hesabla məğlub olub.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma niderlandlıların 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Məğlubiyyətlə nəticələnən görüşün ilk dəqiqələri “Verder” üçün uğursuz alınıb. Matçın 5-ci dəqiqəsində qapıçı Markus Kölke müdafiəçi Amos Piperin geri ötürməsini düzgün qəbul edə bilməyib. Daha sonra qolkiper Luka Venneqor of Hesselinki cərimə meydançasında yıxıb və “Tvente” penalti vurmaq hüququ qazanıb.

Qeyd edək ki, zədələr və bir sıra futbolçuların milli komandalara yollanmasına baxmayaraq, “Verder”in start heyətində əsas komandadan 6 futbolçu yer alıb.

Onlardan biri – hücumçu Niklas Füllkruq buraxılan qollardan birindən sonra emosiyalarını cilovlaya bilməyib. Almaniyalı forvard meydanın hər yerindən eşidiləcək şəkildə “Bu, dəlilikdir!” deyə qışqırıb.

“Verder” növbəti oyununu oktyabrın 9-da səfərdə Dortmund “Borussiya”sına qarşı keçirəcək. Qeyd edək ki, Dortmund təmsilçisi cari mövsümdə keçirdiyi bütün oyunlarda qələbə qazanıb.

“Verder” isə 7 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.







Almaniya B.L.