- Almaniya B.L.
- 23:13 02.10.2026
“Transfermarkt” Almaniya çempionatında çıxış edən bir sıra futbolçuların bazar qiymətlərini yeniləyib.
90deqiqe.Az-ın məlumatına görə, yeni göstəricilərə əsasən, bazar dəyəri ən çox azalan futbolçu “Bavariya”nın hücumameyilli yarımmüdafiəçisi Camal Musiala olub.
23 yaşlı futbolçunun qiyməti 20 milyon avro azaldılaraq 80 milyon avroya düşüb.
Bununla belə, Musiala Bundesliqanın ən bahalı üç futbolçusu sırasında qalmaqda davam edir. O, siyahıda komanda yoldaşları Maykl Olise və Aleksandr Pavloviçdən sonra üçüncü pillədə qərarlaşıb.
Musiala cari mövsümdə “Bavariya”nın heyətində 4 oyunda meydana çıxıb və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Almaniya millisinin üzvünün Münhen klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.