3 oktyabr 2026. Şənbə

Bundesliqada ən çox bahalaşan futbolçu bəlli oldu


Bundesliqada ən çox bahalaşan futbolçu bəlli oldu

“Transfermarkt” Almaniya Bundesliqasında çıxış edən bir sıra futbolçuların bazar qiymətlərini yeniləyib.

90deqiqe.Az-ın məlumatına görə, yenilənmiş siyahıda bazar dəyəri ən çox artan futbolçu “Leypsiq”in hücumçusu Antonio Nusa olub.

Norveç millisinin üzvünün qiyməti 32 milyon avrodan 45 milyon avroya yüksəlib.

21 yaşlı futbolçu ötən mövsüm “RB Leypsiq”in heyətində 35 oyunda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Nusa 2026-cı il dünya çempionatında da Norveç millisinin heyətində çıxış edib. O, mundialda 6 oyunda meydana çıxaraq 1 qol vurub.

Qeyd edək ki, daha əvvəl “Bavariya”nın yarımmüdafiəçisi Camal Musialanın bazar dəyərinin ən çox azalan futbolçu olduğu açıqlanıb. Onun qiyməti 20 milyon avro azalaraq 80 milyon avroya düşüb.







Almaniya B.L.