- Almaniya B.L.
- 23:39 03.10.2026
Dortmund “Borussiya”sı Yunanıstan Futbol Federasiyasına müraciət edərək 18 yaşlı yarımmüdafiəçi Konstantinos Karetsasın oyun vaxtının məhdudlaşdırılmasını xahiş edib.
90deqiqe.Az-ın “Sky Germany"a istinadən məlumatına görə, Dortmund təmsilçisi gənc futbolçunun bu mövsüm həm klubunda, həm də milli komandada kifayət qədər böyük yük altında olduğunu düşünür.
Karetsas UEFA Millətlər Liqasında Yunanıstan millisinin heyətində üç oyunda iştirak edib. O, Almaniya ilə qələbə ilə başa çatan qarşılaşmada 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Karetsas ötən yay “Genk”dən 30 milyon avro qarşılığında “Borussiya”ya keçib.
Yunanıstan millisinin növbəti oyunundan cəmi beş gün sonra gənc futbolçunu Almaniya çempionatında “Verder”ə qarşı görüş gözləyir.