- Almaniya B.L.
- 23:58 04.10.2026
“Bavariya” və Fransa millisinin sabiq hücumçusu Frank Riberi 2013-cü ildə “Qızıl top” mükafatına layiq olduğunu bildirib.
90deqiqe.Az-ın məlumatına görə, fransalı futbolçu həmin il “Qızıl top” uğrunda səsvermədə Lionel Messidən və mükafatın qalibi olan Kriştiano Ronaldodan sonra üçüncü yeri tutmuşdu.
“2013-cü il mənim üçün qızıl il idi. Bundesliqada və Avropada ilin ən yaxşı futbolçusu oldum. “Qızıl top”a layiq idim. Bu mükafatı qazana bilməməyim mənə çox pis təsir etdi, bu, məyusluq idi. Bunu etiraf etməkdən qorxmuram”, - deyə Riberinin sözlərini “La Gazzetta dello Sport” sitat gətirib.
Qeyd edək ki, Frank Riberi peşəkar karyerasını 2022-ci ildə başa vurub. Onun son klubu İtaliyanın “Salernitana” komandası olub. Riberi karyerası ərzində həmçinin “Fiorentina”, “Bavariya”, “Marsel”, “Qalatasaray”, “Mets” və “Brest”in formasını geyinib.