- Almaniya B.L.
- 22:27 05.10.2026
“Bavariya”nın hücumçusu Harri Keynlə klub arasında müqavilənin uzadılması ilə bağlı prinsipial razılıq əldə olunub.
90deqiqe.Az-ın məlumatına görə, fanışıqların yekun mərhələyə qədəm qoyduğu bildirilir. Bu barədə Almaniyanın “Sky Sport” telekanalı məlumat yayıb.
Məlumata görə, Keynin Münhen klubu ilə yeni müqaviləsi 2029-cu ilin ortalarına qədər qüvvədə olacaq. Tərəflərə yalnız bəzi detalları razılaşdırmaq qalır.
Qeyd olunur ki, Harri Keyn əvvəldən “Bavariya” ilə müqaviləsini uzatmağı planlaşdırıb və başqa variantları nəzərdən keçirməyib.
İngiltərəli hücumçu “Bavariya”nın heyətində bütün turnirlərdə 154 rəsmi oyuna çıxıb. O, bu matçlarda 152 qol vurub və 34 məhsuldar ötürmə edib.