7 oktyabr 2026. Çərşənbə

“Dzeko bu sistem üçün uyğun deyil”


“Dzeko bu sistem üçün uyğun deyil”

Bosniya və Herseqovina millisində çıxışını başa vuran Edin Dzekonun klub karyerası ilə bağlı suallar yaranıb.

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı sabiq futbolçu Yan-Klas Huntelaar hesab edir ki, Dzeko “Şalke”nin oyun sisteminə tam uyğun gəlməyə bilər.

“Şalke” çox aktiv və hücumameyilli futbol oynamayacaq. Əgər komanda əks-hücumlara üstünlük verirsə, Dzeko bunun üçün uyğun futbolçu deyil. Buna baxmayaraq, o, ehtiyatdan meydana çıxaraq komandaya mühüm töhfə verə bilər. Çünki onun təbii qol duyumu var. Düşünürəm ki, bu mövsüm nəyə qadir olduğunu hələ göstərəcək”, - deyə Huntelaarın sözlərini “derbyderbyderby.it” yayıb.

Qeyd edək ki, Yan-Klas Huntelaar 2021-ci ildə futbolçu karyerasını başa vurub.







Almaniya B.L.

“Dzeko bu sistem üçün uyğun deyil”
  • Almaniya B.L.
  • 01:58 07.10.2026
“Dzeko bu sistem üçün uyğun deyil”