- Almaniya B.L.
- 19:06 08.10.2026
“Bavariya”nın baş məşqçisi Vensan Kompani klubun hücumçu Harri Keynlə müqavilənin uzadılması ilə bağlı danışıqlarına münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, “Bayern & Germany” təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
“Mən klubun futbolçular və agentlərlə apardığı danışıqlara həmişə hörmətlə yanaşıram. Mənim vəzifəm Harrinin özünü rahat hiss etməsinə, meydanda potensialını göstərməsinə və ya ən azı bunun üçün bütün şəraitin yaradılmasına kömək etməkdir. Bir qayda olaraq, bunlar qaydasında olduqda, digər məsələlər də xeyli asan həll olunur”
Qeyd edək ki, müxtəlif mənbələrin məlumatına görə, ingiltərəli futbolçu Münhen klubuyla yeni müqavilə imzalamağa yaxındır.
Əlavə edək ki, Harri Keyn 2023-cü ilin yayında “Tottenhem”dən “Bavariya”ya keçib. 33 yaşlı hücumçunun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.