- Almaniya B.L.
- 21:22 08.10.2026
“Bavariya”nın baş məşqçisi Vensan Kompani komandanın fransalı vingeri Maykl Olisenin uğurunun səbəblərindən danışıb.
90deqiqe.Az-ın məlumatına görə, Kompani “Sky Sport”a açıqlamasında Olisenin istedadı ilə yanaşı, mentalitetini və detallara diqqətini də xüsusi qeyd edib:
“Düşünürəm ki, belə istedada malik futbolçu həmişə uğurlu olacaq və daim ən yaxşılar sırasında yer alacaq. Lakin məsələ yalnız onun istedadında deyil. Mentaliteti və detallara diqqəti də mühüm rol oynayır. O, başqalarının görmədiyi məqamları görə bilir və bu, hətta məşqlərdə də özünü göstərir. Məhz buna görə bu oğlan artıq dünya futbolunda belə xüsusi futbolçuya çevrilib”.
Qeyd edək ki, fransalı futbolçu Münhen klubunda keçirdiyi iki il ərzində dünyanın ən yaxşı oyunçularından biri kimi özünü təsdiqləyib.
Maykl Olise cari mövsümdə “Bavariya”nın heyətində keçirdiyi 7 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.