- Almaniya B.L.
- 01:08 10.10.2026
Almaniya Bundesliqasının 2026/2027 mövsümünün 5-ci turunda Dortmund “Borussiya”sı ilə “Verder” üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Dortmundda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Görüşü Kristian Dingert idarə edib.
Matçın son dəqiqələrində dörd qol vurulub. 80-ci dəqiqədə Daniel Svensson hesabı açaraq meydan sahiblərini önə keçirib. Cəmi beş dəqiqə sonra Niko Şlotterbek “Borussiya”nın üstünlüyünü iki topa çatdırıb.
Lakin “Verder” oyunun sonlarında əzmkar mübarizə nümayiş etdirib. 88-ci dəqiqədə Lyudovit Reys fərqi azaldıb, 90+3-cü dəqiqədə isə Niklas Füllkruq bərabərlik qolunu vuraraq komandasına bir xal qazandırıb.
Bu nəticədən sonra 13 xalı olan Dortmund “Borussiya”sı Bundesliqanın turnir cədvəlinə başçılıq edir. Səkkiz xala malik “Verder” isə dördüncü pillədə qərarlaşıb.