10 oktyabr 2026. Şənbə

“Bavariya” Bundesliqada gözlənilməz xal itkisi ilə üzləşdi


“Bavariya” Bundesliqada gözlənilməz xal itkisi ilə üzləşdi

Almaniya Bundesliqasının V turunda “Bavariya” səfərdə “Auqsburq”la qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, gərgin keçən görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Matçın ilk qolu cəmi altıncı saniyədə vurulub. Robin Fellhauer fərqlənərək “Auqsburq”u önə keçirib. Buraxılan qoldan sonra təşəbbüsü ələ almağa çalışan Münhen təmsilçisi ilk hissədə hesabı dəyişə bilməyib.

İkinci hissədə Harri Keyn 55-ci dəqiqədə bərabərlik qolunu vurub. Lakin 64-cü dəqiqədə Rodriqo Ribeyro yenidən meydan sahiblərini önə çıxarıb.

“Bavariya” məğlubiyyətdən xilas olmaq üçün hücumlarını davam etdirib və 81-ci dəqiqədə istəyinə çatıb. Nataniel Braun hesabı 2:2-yə çatdıraraq qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib.







Almaniya B.L.

“Dzeko bu sistem üçün uyğun deyil”
  • Almaniya B.L.
  • 01:58 07.10.2026
“Dzeko bu sistem üçün uyğun deyil”