10 oktyabr 2026. Şənbə

“Ştutqart” “Paderborn”u məğlub etdi


“Ştutqart” “Paderborn”u məğlub etdi

Almaniya Bundesliqasında “Ştutqart” səfərdə “Paderborn”la qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Ştutqart” hər hissədə bir qol vuraraq qapısını toxunulmaz saxlayıb.

Matçda hesab 25-ci dəqiqədə açılıb. Müdafiəçi Yeff Şabo fərqlənərək komandasını önə keçirib. “Paderborn” fasiləyədək bərabərlik qolunu vurmağa çalışsa da, istəyinə çata bilməyib.

İkinci hissədə də meydan sahibləri hesabı bərabərləşdirmək üçün hücumlar təşkil ediblər. Lakin “Ştutqart”ın müdafiəsini yarmaq mümkün olmayıb. 84-cü dəqiqədə Kris Fürix ikinci qolu vuraraq komandasının qələbəsini rəsmiləşdirib.







Almaniya B.L.

“Dzeko bu sistem üçün uyğun deyil”
  • Almaniya B.L.
  • 01:58 07.10.2026
“Dzeko bu sistem üçün uyğun deyil”