- Almaniya B.L.
- 19:53 10.10.2026
Almaniya çempionatında “Hamburq” və “Hoffenhaym” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, gərgin mübarizə şəraitində keçən qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 12-ci dəqiqəsində Yussuf Poulsen “Hamburq”u hesabda önə keçirib. Meydan sahibləri ilk hissəyə əlavə olunmuş altıncı dəqiqədə Sebastian Bornau ilə bərabərliyi təmin ediblər – 1:1.
İkinci hissənin əvvəlində “Hoffenhaym” yenidən üstünlüyü ələ alıb. Görüşün 53-cü dəqiqəsində Bambase Konte komandasının ikinci qolunu vurub. Lakin cəmi iki dəqiqə sonra müdafiəçi Bernardo qırmızı vərəqə alaraq meydandan qovulub və meydan sahibləri azlıqda qalıblar.
Say üstünlüyündən yararlanan “Hamburq” hücumlarını gücləndirib. Matçın 83-cü dəqiqəsində Teremas Moffi hesabı bərabərləşdirib. Əsas vaxta əlavə olunmuş dördüncü dəqiqədə isə Miro Muxaym qələbə qolunu vuraraq komandasına üç xal qazandırıb.