- Almaniya B.L.
- 23:56 10.10.2026
“Bavariya”nın hücumçusu Harri Keyn Almaniya çempionatının növbəti turunda “Auqsburq”la 2:2 hesablı heç-heçəni şərh edib.
90deqiqe.Az-ın məlumatına görə, ingiltərəli futbolçu hesab edir ki, Münhen təmsilçisi başqa gündə bu qarşılaşmadan qələbə ilə ayrıla bilərdi.
“Topu dirəyə vurduq, ofsayd səbəbindən çoxlu qollarımız qeydə alınmadı. Düşünürəm ki, başqa bir gündə bu matçı mütləq qazanardıq. Səhvlərimizə görə cəzalandırıldıq”, – deyə Keynin sözlərini “Bayern & Germany” yayıb.
Qeyd edək ki, Auqsburqda keçirilən görüşdə “Bavariya”nın heyətində İsmael Saybari və Nataniel Braun fərqləniblər. Harri Keyn isə hər iki qolun ötürməsini verərək dubl edib.
“Auqsburq”la oyunda xal itirən “Bavariya” Almaniya çempionatının turnir cədvəlində ikinci pilləyə düşüb.