11 oktyabr 2026. Bazar günü

“Köln” “Borussiya”ya qalib gəldi


“Köln” “Borussiya”ya qalib gəldi

Almaniya Bundesliqasının V turunda “Köln” doğma meydanda Mönhenqladbax “Borussiya”sını 2:1 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşmada hesab 26-cı dəqiqədə açılıb. İsak-Berqmann Yohannesson “Köln”ü önə keçirib. Lakin qonaqlar fasiləyə qədər hesabı bərabərləşdirməyi bacarıblar. Görüşün 39-cu dəqiqəsində Cozef Skalli fərqlənərək tarazlığı bərpa edib – 1:1.

İkinci hissədə komandalar üstünlük əldə etməyə çalışıblar. Matçın 67-ci dəqiqəsində Səid Əl-Mala “Köln”ün ikinci qolunu vuraraq meydan sahiblərini yenidən önə çıxarıb.

Qalan dəqiqələrdə Mönhenqladbax təmsilçisi hesabı bərabərləşdirməyə çalışsa da, istəyinə çata bilməyib. Beləliklə, “Köln” doğma meydanda 2:1 hesablı qələbə qazanıb.







Almaniya B.L.

“Köln” “Borussiya”ya qalib gəldi
  • Almaniya B.L.
  • 19:54 11.10.2026
“Köln” “Borussiya”ya qalib gəldi